Müharibənin sülh yolu ilə həllini Ukrayna özü müəyyən edəcək – G7-nin BƏYANATI

Müharibənin sülh yolu ilə həllini Ukrayna özü müəyyən edəcək – G7-nin BƏYANATI

Hazırda oxunan: Müharibənin sülh yolu ilə həllini Ukrayna özü müəyyən edəcək – G7-nin BƏYANATI

81215

G7 ölkə liderlərinin fikrincə, gələcəkdə müharibənin sülh yolu ilə həllinin necə olacağını Ukrayna özü müəyyən etməlidir. 

Bizim.Media xəbər verir ki, bu barədə G7 liderlərinin bu gün Elmauda (Almaniya) qəbul edilmiş bəyanatında deyilir.

"Biz Ukraynaya suverenliyini və ərazi bütövlüyünü qoruyub saxlamaqda, özünü müdafiə etməkdə və öz gələcəyini seçməkdə kömək etmək əzmindəyik. Xarici təzyiq və ya təsir olmadan sülh nizamlanmasına qərar vermək Ukraynanın özündən asılıdır", - UNİAN bəyanatdan sitat gətirib.

G7 liderləri Ukraynanın hərbi və müdafiə avadanlıqlarına təcili ehtiyaclarını ödəmək üçün səylərini davam edəcəklərini bildiriblər. Onlar, həmçinin Ukraynaya maddi-texniki, kəşfiyyat və iqtisadi dəstək vermək, eləcə də Ukrayna hərbçiləri üçün təlim keçmək səylərini davam edəcəklər.
Rəsmilər kəşfiyyat məlumatlarının mübadiləsi, informasiya, eləcə də dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığı daha da genişləndirməyə hazır olduqlarını bəyan ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO