Baydenin NATO sammitində Ərdoğanla görüşü istisna edilmir – AĞ EV

Baydenin NATO sammitində Ərdoğanla görüşü istisna edilmir – AĞ EV

Hazırda oxunan: Baydenin NATO sammitində Ərdoğanla görüşü istisna edilmir – AĞ EV

81200

İyunun 28-30-da Madriddə keçiriləcək NATO sammitində ABŞ prezidenti Co Baydenlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüş istisna edilmir.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu fikri ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan səsləndirib.

Sallivan jurnalistlərə deyib: “Madriddə NATO sammiti çərçivəsində Baydenin Ərdoğanla görüşü planlaşdırılmır, lakin istisna edilmir”.

O, həmçinin vurğulayıb ki, ABŞ sammitdən əvvəl və sammit zamanı Finlandiya və İsveçin NATO-ya daxil olmasına mane olan maksimum sayda ziddiyyətləri həll etməyə çalışacaq.

Xatırladaq ki, mayın 18-də Finlandiya və İsveç Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı fonunda alyansa qoşulmaq üçün NATO-nun baş katibinə ərizə təqdim ediblər. Türkiyə bu müraciətlərə baxılması prosesinin başlamasını əngəlləyib.
Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünə “hə” deyə bilməz, çünki onların Kürdüstan Fəhlə Partiyasının (PKK) nümayəndələri ilə münasibətləri var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO