Qırğızıstanda prezident seçkilərinin və referendumun ilkin nəticələri açıqlandı

Qırğızıstanda prezident seçkilərinin və referendumun ilkin nəticələri açıqlandı

Hazırda oxunan: Qırğızıstanda prezident seçkilərinin və referendumun ilkin nəticələri açıqlandı

8110

Qırğızıstanda keçirilən növbədənkənar prezident seçkilərinin və referendumun ilkin nəticələri elan edilib.

Bizim.Media xəbər verir ki, Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şayldabekova Bişkekdə keçirdiyi mətbuat konfransında bülletenlərin 98 faizinin sayıldığını bildirib.

Qeyd edib ki, Qırğızıstanda prezident idarəçilik formasına keçidlə əlaqədar referendumda 1 milyon 147 min 462 seçici səs verib.

Bu da 80,98 faiz səs deməkdir. Seçicilər prezident idarəçilik formasına üstünlük veriblər.

Prezident seçkilərində isə 1 milyon 416 min 485 nəfər iştirak edib. Sadır Japarov seçicilərin 79,19 faizinin səsini qazanaraq liderlik edir.

Xatırladaq ki, prezident seçkilərində 17 namizəd mübarizə aparıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO