Almaniyanın sədrliyi ilə Bavariyanın Alp dağlarında Garmiş-Partenkirxen bölgəsindəki Elmau qəsrində “Böyük yeddilik” ölkələrinin dövlət və hökumət başçılarının sammiti başlayıb.
Bizim.Media “Ukrinform”a istinadən xəbər verir ki, tədbirdə Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, Kanada, İtaliya və Yaponiyanın dövlət və hökumət başçılarından başqa, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının rəhbəri Şarl Mişel də iştirak edir.
MÖVZU İLƏ BAĞLI:
G7 liderləri Almaniyanın cənubunda bir araya gəldilər
Almaniyanın G7-yə sədrlik proqramının şüarı “Ədalətli dünya üçün tərəqqi”dir. İlin əvvəlində açıqlanan prioritetlər, xüsusilə, iqtisadi sabitlik və transformasiya, sağlam həyat tərzi, daha yaxşı gələcəyə sərmayə qoyuluşu, möhkəm birlikdir.
3-cü sessiya təhlükəsizlik siyasətinə həsr olunacaq. Ukrayna prezidenti Vladimir Zelenskinin bazar ertəsi səhər sammitə video bağlantı vasitəsilə qoşulacağı gözlənilir.
Sammitin birinci sessiyası qlobal iqtisadiyyata həsr olunub.
Bizim.Media