Böyük Britaniyanın baş naziri Boris Conson və Fransa prezidenti Emmanuel Makron Ukraynada vəziyyəti dəyişmək imkanından söz açıblar. Lakin Conson “münaqişəni indi həll etmək” cəhdinin təhlükəli ola biləcəyini deyib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Kommersant” qəzeti yazıb.
Böyük Britaniya və Fransa liderləri indi münaqişədə kritik anın olduğu gizlətməyiblər. Tərəflər müharibənin axarını dəyişmək imkanlarının olduğu barədə razılığa gəliblər.
Bununla yanaşı, Boris Conson hesab edir ki, “indi münaqişənin həllinə yönəlmiş istənilən cəhd yalnız uzunmüddətli qeyri-sabitliyə gətirib çıxaracaq”.
Onun fikrincə, bu, Rusiyaya müstəqil dövlətlərə hücum etmək üçün impuls verəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:53 / 26.06.2022
Boris Conson: “Ukraynada vəziyyəti dəyişmək imkanı var”
Hazırda oxunan: Boris Conson: “Ukraynada vəziyyəti dəyişmək imkanı var”
Hazırda oxunan: Boris Conson: “Ukraynada vəziyyəti dəyişmək imkanı var”
81065
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.