İran XİN-dən “Mossad” və Türkiyə Kəşfiyyatının birgə əməliyyatına REAKSİYA 

İran XİN-dən “Mossad” və Türkiyə Kəşfiyyatının birgə əməliyyatına REAKSİYA 

Hazırda oxunan: İran XİN-dən “Mossad” və Türkiyə Kəşfiyyatının birgə əməliyyatına REAKSİYA 

80792

İran Xarici İşlər Nazirliyi İsrail xarici işlər naziri Yair Lapidin ötən gün Türkiyənin paytaxtı Ankarada səsləndirdiyi bəyanata münasibət bildirib. 

Bizim.Media IRNA-ya istinadən xəbər verir ki, bu barədə XİN sözçüsü Səid Xətibzadə iyunun 24-də keçirdiyi brifinqdə danışıb. 

“İsrailin xarici işlər naziri Yair Lapidin iddiaları gülüncdür və İran-Türkiyə münasibətlərinə xələl gətirmək məqsədi daşıyır”, - o söyləyib. 

Onun fikrincə, rəsmi Tel-Əviv mətbuat vasitəsilə psixoloji əməliyyat keçirərək ictimai rəylə oynamağa çalışıb. 
Xatırladaq ki, İsrail mətbuatının ötən həftə yaydığı məlumata görə, İsrail və Türkiyənin təhlükəsizlik orqanları olan Kəşfiyyat və Xüsusi Məsələlər İdarəsi (“Mossad”) və Milli Kəşfiyyat Təşkilatının (MİT) birgə əməliyyatı nəticəsində Türkiyədə İsrail vətəndaşlarını qaçırmaq istəyən İranın kəşfiyyat şəbəkəsinin planları ifşa olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO