“Whatsapp”ın son qaydalarına əsasən, istifadəçi şərtləri qəbul edərsə şirkət akkauntun datalar və informasiyalarını satmaq hüququna sahib olacaq.
Bu da “Whatsapp” istifadəçilərini aplikasiyanı silməyə məcbur edib.
Bizim.Media xəbər verir ki, “mashable”a saytı alternativ olaraq, ən təhlükəsiz aplikasiyanın adını açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda "WhatsApp" istifadəçilərinin vəziyyəti necə olacaq? - SORĞU
Araşdırmaya görə, “Signal” etibarlı mesajlaşma platformasıdır- heç bir məlumatı götürmür və istifadə etmir.
Belə ki, “Signal”dan göndərilən mesajlar üçün şifrələmə mövcuddur. İsmarıc telefondan göndərildikdən sonra şifrələnir və bu yolla onların təhlükəsizliyi təmin edilir.
Qeyd edək ki, İlon Mask bir neçə gün əvvəl “USE SİGNAL” – “”Signal” istifadə edin” tivitini paylaşıb. Bu da “Signal”ı son günlərin ən məşhur platforması edib.
Saytın araşdırmasına görə, “Telegram” da etibarsız sosial şəbəkələr siyahısındadır.
Vüqar Ağamalıoğlu, Bizim.Media