"Kiyevə yenidən hücum təhlükəsi var" - Ukrayna generalı

Hazırda oxunan: "Kiyevə yenidən hücum təhlükəsi var" - Ukrayna generalı

80510

“Rusiyanın Kiyevə növbəti hücum ehtimalı yüksəkdir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin general-leytenantı, Kiyev Müdafiə Komandanı Oleksandr Pavlyuk “Ukrinform”a müsahibəsində bildirib. 

"Rusiya Şərq Əməliyyat Zonasında uğur qazanarsa, onun qüvvə və vasitələrinin əhəmiyyətli hissəsi oradan Kiyev istiqamətinə köçürülə bilər. Kiyev və Çerniqovda yeni zərbə qruplarının yaradılması cəhdlərinin mümkünlüyünü istisna etməməliyik” – deyə Pavlyuk qeyd edib. 

Onun sözlərinə görə, Kiyev daha çox raket zərbələri ilə təhdid edilir: 

“Bununla belə, Kiyev ətrafında kifayət qədər effektiv və laylı hava hücumundan müdafiə sistemi yaradılıb ki, bu da ümumilikdə şəhəri hava hücumu silahlarından qorumağa qadirdir və daim təkmilləşdirilir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO