Rəsmi Moskva Tokayevin qondarma qurumlarla bağlı açıqlamasına münasibət bildirdi

Rəsmi Moskva Tokayevin qondarma qurumlarla bağlı açıqlamasına münasibət bildirdi

Hazırda oxunan: Rəsmi Moskva Tokayevin qondarma qurumlarla bağlı açıqlamasına münasibət bildirdi

80466

“Rusiya Ukrayna münaqişəsi də daxil olmaqla, aktual beynəlxalq məsələlərdə Qazaxıstanın fikrinə hörmət edir və ona təzyiq etmək fikrində deyil”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Lenta.ru müxbirinin sualını cavablandırarkən deyib.

“Bu, danışdığımız praktikada parlaq nümunələrdən biridir. Yanaşmalarımız fərqli ola bilər, lakin fərqli fikirlərə dözməyən Qərb rejimlərinin demokratiya və plüralizmə sadiqliklərinə baxmayaraq, biz tərəfdaşlarımıza hörmət edirik”, - Zaxarova Sankt-Petreburq forumunda baş vermiş insidenti şərh edib.

Xatırladaq ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev rusiyalı həmkarı Vladimir Putinin iştirakı ilə keçirilən mətbuat konfarnsında çıxışı zamanı qondarma "Donetsk və Luqansk” qurumlarının müstəqilliyini tanımaqdan imtina edib. 
O, adları çəkilən “respublikaları” “kvazidövlət” adlandıraraq, onları Tayvan, Kosovo, Cənubi Osetiya və Abxaziya ilə bir sıraya qoyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO