Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1000-i ötdü – YENİLƏNİB 

Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1000-i ötdü – YENİLƏNİB 

Hazırda oxunan: Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1000-i ötdü – YENİLƏNİB 

80385

Əfqanıstanın Paktika və Xost əyalətlərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1000 nəfəri ötüb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” “Taliban” rəsmisinə istinadən məlumat yayıb. 

Bildirilib ki, 1500-dən çox insan yaralanıb. 

Meyitlərin dağıntılar altından çıxarılması üçün iş davam etdirilir. 

***

Ötən gecə Əfqanıstanda baş verən 6.1 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 1000 nəfərə çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Taliban rəsmisi BBC-yə bildirib. 

Qeyd edilib ki, daha 1500 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Meyitlərin dağıntılar altından çıxarılması üçün iş davam etdirilir.

*** 13.38

Əfqanıstanın Paktika vilayətində baş vermiş 6.1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 950-ni ötüb. 
 
Bizim.Media xəbər verir ki, rəsmilər təbii fəlakət nəticəsində 600 nəfərin yaralandığımı bildirirlər.

*** 10.12

Ötən gecə Əfqanıstanda 6.1 bal gücündə zəlzələ olub.  

Bizim.Media “The Guardian”a istinadən xəbər verir ki, ölkənin şərqində yerləşən Paktika və Host əyalətlərində meydana gələn təbii fəlakət nəticəsində 255 nəfər həyatını itirib, daha 150 nəfər xəsarət alıb. 

Meyitlərin dağıntılar altından çıxarılması üçün işlər aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO