Fransanın Baş naziri istefa ərizəsi yazdı - Makron “yox” dedi

Fransanın Baş naziri istefa ərizəsi yazdı - Makron “yox” dedi

Hazırda oxunan: Fransanın Baş naziri istefa ərizəsi yazdı - Makron “yox” dedi

80264

Fransa Prezidenti Emmanuel Makron ölkənin Baş naziri Elizabet Bornun istefasını qəbul etməyib.

Bizim.Media Fransa mediasına istinadla xəbər verir ki, Elizabet Bornun istefası məsələsini şərh edən prezident hökumətin öz işini görməli olduğunu deyib.

Fransa lideri konstruktiv həll yollarını tapmaq üçün siyasi partiya liderləri ilə görüş keçirməyi planlaşdırır.

Qeyd edək ki, Fransa parlamentinə iyunun 19-da keçirilən seçkilərin ikinci turunda 577 yerdən yalnız 245-ni qazanan Emmanuel Makronun “İntibah” (Renaissance) bloku parlamentin aşağı palatasında mütləq çoxluğu itirib. 
Sol qüvvələrin “Yeni Ekoloji və Sosial Xalq Birliyi” koalisiyası və Marin Le Penin ifrat sağçı “Milli Birlik” partiyası isə seçkiləri uğurla başa vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO