Pakistan:

Pakistan: "MKİ və ABŞ ordusu terrorçudur"

Hazırda oxunan: Pakistan: "MKİ və ABŞ ordusu terrorçudur"

80130
Pakistanın xarici işlər nazirinin müşaviri Nəzər Abbas ABŞ ordusunu və Mərkəzi Kəşfiyyat İdarəsini (CİA) terrorçu adlandırıb.
 
Nəzərə Abbas bildirib ki, digər ölkələrin hərbi qüvvələrini terroriçu elan etmək özü ən böyük terrorçuluqdur:
 
"Amerika Birləşmiş Ştatları bu qərarla böyük səhvə yol verdi".   "Bütün terror qruplaşmaları, "Əl-Qaidə", "Taliban" və "İŞİD" ABŞ tərəfindən hazırlanıb. Buna görə də ABŞ ordusu və MKİ terrorçu adlandırılmalıdır, nəinki İran İslam İnqilab Keşikçilər Korpusu (SEPAH)",  - deyə Pakistanın xarici işlər nazirinin müşaviri bildirib.  
 
Qeyd edək ki, dünən ABŞ İran İslam İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edib. ABŞ Prezidenti Donald Tramp SEPAH-ın terror təşkilatları siyahısına daxil edildiyini açıqlayıb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO