Makronun koalisiyası seçkilərdə yerlərin mütləq əksəriyyətini qazana bilmədi

Makronun koalisiyası seçkilərdə yerlərin mütləq əksəriyyətini qazana bilmədi

Hazırda oxunan: Makronun koalisiyası seçkilərdə yerlərin mütləq əksəriyyətini qazana bilmədi

80000

Fransada parlament seçkilərinin ikinci turu başa çatıb. 

Bizim.Media BFMTV nəşrinə istinadən xəbər verir ki, prezident Emmanuel Makronun "Birgə!" koalisiyası mütləq səs çoxluğu əldə edə bilməyib, amma yenə də liderlik edir.

MÖVZU İLƏ BAĞLI:

Fransada parlament seçkilərinin 2-ci turunun ilkin nəticələri açıqlandı


İkinci yerdə solçular, üçüncü yerdə 75-dən 95-ə qədər yer alacaq Marin Le Penin “Milli birlik” partiyası qərarlaşıb. Bu da əvvəlki nəticədən 10 dəfə çoxdur. Prezident bloku 235-ə qədər, sol müxalifət isə 190-a qədər mandat alacaq.

Fransanın baş naziri Elizabet Born Kalvadosdan deputat seçilib.

Xatırladaq ki, bazar günü Fransada ölkənin Milli Assambleyasına (parlamentin aşağı palatası) seçkilərin ikinci turu keçirilib. Respublika Daxili İşlər Nazirliyinin məlumatına görə, seçici fəallığı 38,11 faiz təşkil edib.

Milli Assambleyaya seçkilər hər beş ildən bir Fransanın dairələrində, onun tabeliyində olan xarici ərazilərdə və xarici ölkələrdə yaşayan fransızlar arasında keçirilir. Bu il Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, birinci turda 6293 namizəd 577 yer üçün gücünü sınayıb.

Beş il əvvəl keçirilən parlament seçkiləri Emmanuel Makronun uğur qazandırıb. O zaman prezident seçkilərində də 30%-dən çox fərqlə səs toplayıb.

Onun "İrəli, Respublika!" partiyası Milli Assambleyadakı 577 yerdən 308-ni əldə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO