Ukrayna Silahlı Qüvvələri Melitopol istiqamətində 10 km-dən çox irəliləyib.
Bizim.Media “Ukrayna 24/7” Telegram kanalına istinadən xəbər verir ki, bu barədə Melitopol meri İvan Fedorov videomüraciətində bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri son vaxtlar Xersona doğru xeyli irəliləyiş əldə edib:
“Oxşar vəziyyət Ukrayna hərbçilərinin Zaporojyedən Melitopol istiqamətində 10 km-dən çox irəlilədiyi Zaporojye vilayətində də müşahidə olunur. Bu, son vaxtlar Qərbdən alınan ağır texnikanın hesabına baş verir. İnanıram ki, tədarük daha da çoxalacaq və biz qalib gələcəyik. Öz ordumuza və xalqımıza inanırıq”.
Bizim.Media