Medvedev: “Avropa İttifaqı Ukraynanı üzv qəbul edənədək yox ola bilər”

Medvedev: “Avropa İttifaqı Ukraynanı üzv qəbul edənədək yox ola bilər”

Hazırda oxunan: Medvedev: “Avropa İttifaqı Ukraynanı üzv qəbul edənədək yox ola bilər”

79950

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin fikrincə, Avropa İttifaqı (Aİ) Ukraynanı üzv qəbul etməzdən əvvəl yox ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə siyasətçi özünün Telegram kanalında yazıb.

Medvedev Aİ-nin Ukraynanı üzvlüyünə qəbul etmək vədlərini Sov.İKP proqramının 1961-ci ildəki son variantı ilə müqayisə edib və vurğulayıb ki, o variantda “sovet xalqının indiki nəsli kommunizm şəraitində yaşayacaq” vədi verilib.

Rusiyanın sabiq prezidenti SSRİ-nin dağıldığını, Sov.İKP-nin ləğv edildiyini və verilən vədlərin heç vaxt baş tutmadığını xatırladıb.

“İttifaqda qlobal xoşbəxtliyin başlanğıcı ilə bağlı vəziyyət mənə Avropa Komissiyasının Ukraynaya namizədliklə bağlı vəd etdiyi gözləntiləri xatırladır... Bəs AB bu vaxta qədər (Allah eləməsin) yox olarsa? Qalmaqalın nə olacağını düşünmək qorxuludur, çünki Aİ-yə qoşulmaq yolunda hansı fədakarlıqlar edilib və bədbəxt ukraynalılar nə qədər aldadılıb?”- deyə sədr müavini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO