Milyonerlər yaşamaq üçün İsraili seçirlər - STATİSTİKA

Milyonerlər yaşamaq üçün İsraili seçirlər - STATİSTİKA

Hazırda oxunan: Milyonerlər yaşamaq üçün İsraili seçirlər - STATİSTİKA

79935

2022-ci ilin sonunadək təxminən 2500 milyonçu İsrailə köçəcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Calcalist” nəşri Böyük Britaniyanın “Henley & Partners” konsaltinq şirkətinin hesabatına istinadən yayıb.

Mənbə yazır ki, digər məsələlərlə yanaşı, şirkət zəngin insanların miqrasiya meyllərini təhlil edib.

Şirkət şəxsi sərvəti 1 milyon dollar və ya daha çox olan insanları milyonçu adlandırır.

Hesabata görə, hazırda İsraildə 107 min milyonçu yaşayır, onlardan 5560-nın şəxsi sərvəti 10 milyon dollardan, 260-nın 100 milyon dollardan yuxarıdır, 25 nəfər isə milyarderdir.

İsrail 2022-ci ildə şirkətin reytinqinə görə, milyonerlər üçün cəlbedicilik baxımından dünyada 4-cü yerdə qərarlaşıb. Birinci yer Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) nəsib olub. Proqnoza görə, ilin sonuna kimi bu ölkəyə 4000 varlı köçəcək, ikinci yerdə Avstraliya (3500) gəlir. Sinqapur 2800 nəfərlə ilk üçlüyü qapayır.

Reytinqdə İsrail ilin sonuna qədər 2200 yeni milyonçu ilə İsveçrəni, 1500 nəfərlə ABŞ-ı geridə qoyub.

Rusiya bu reytinqdə onu tərk edən milyonerlərin sayına görə birinci yerdədir. 2022-ci ilin axırınadək Ukrayna ilə müharibə və sanksiyalar fonunda 15 min varlı ölkəni tərk edəcək.

Sonrakı yerdə 10 min nəfərlə Çin gəlir. 

2022-ci ilin sonunadək 2800 milyonçu Ukraynanı tərk edəcək. Bu da ölkədəki varlıların ümumi sayının təxminən 40%-ni təşkil edir. 1500 nəfər isə Böyük Britaniyanı tərk edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO