“Ukraynalılar cəsarətlə özlərini rus hərbçilərindən müdafiə edirlər”.
Bizim.Media “slavdelo.dn.ua” nəşrinə istinadən xəbər verir ki, bu fikirləri NATO-nun baş katibi Yens Stoltenberq səsləndirib.
Onun sözlərinə görə, Donbassda döyüşlər Rusiyanın davamlı hücumu ilə getsə də Ukrayna əsgərləri cəsarətlə müqavimət göstərirlər.
“Daha müasir silahlarla Ukraynanın yenidən Putinin qoşunlarını Donbassdan sıxışdırıb çıxara bilmə ehtimalı artır”, - Stoltenberq “Bild am Sonntag”a müsahibəsində bildirib.
“Ukraynada müharibə illərlə davam edə bilər. Bu baxımdan rəsmi Kiyevə dəstəyi zəiflətməməliyik”, deyə o, əlavə edib.
Stoltenberq “NATO münaqişə tərəfi olmayacaq və öz ordusunu Ukraynaya göndərməyəcək” deyərək bu mövzu ilə bağlı son nöqtəni qoyub.
Onun fikrincə, NATO Rusiya Federasiyasının nüvə silahından istifadəyə hazırlıq səviyyəsini artırdığını düşünmür, lakin Rusiya tərəfinin onun istifadəsi ilə bağlı ritorikası “təhlükəli və məsuliyyətsizdir”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:01 / 19.06.2022
NATO-nun baş katibi: “Ukrayna Qərb silahları ilə Donbası azad edəcək”
Hazırda oxunan: NATO-nun baş katibi: “Ukrayna Qərb silahları ilə Donbası azad edəcək”
Hazırda oxunan: NATO-nun baş katibi: “Ukrayna Qərb silahları ilə Donbası azad edəcək”
79912
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.