“Tesla” və “SpaceX”in baş direktoru İlon Maska 258 milyard dollarlıq iddia qaldırılıb.
Bizim.Media xəbər verir ki, “Dogecoin” kriptovalyutasına sərmayə qoyan investor onu maliyyə piramidasına təşviq etməkdə ittiham edib.
Manhettendə federal məhkəməyə verilən iddiada, iddiaçı Kit Conson Maskı “Tesla Inc” və “SpaceX”i “Dogecoin”i tanıtmaqda və sadəcə onu çökdürmək üçün qiymətini artırmaqda günahlandırıb.
“Müttəhimlər 2019-cu ildən bəri bilirdilər ki, “Dogecoin”in heç bir dəyəri yoxdur, lakin satışından qazanc əldə etmək üçün “Dogecoin”i təbliğ etdilər.
İlon dünyanın ən varlı adamı kimi mövqeyindən mənfəət, şöhrət və əyləncə üçün “Dogecoin” piramida sxemini idarə etmək və manipulyasiya etmək üçün istifadə edib" iddiada deyilib.
“Tesla”, “SpaceX” və Maskın vəkili agentliyin iddia ilə bağlı şərh istəməsinə hələ cavab verməyib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Dünya
13:20 / 17.06.2022
İlon Mask məhkəməyə verildi – 258 milyardlıq...
Hazırda oxunan: İlon Mask məhkəməyə verildi – 258 milyardlıq...
Hazırda oxunan: İlon Mask məhkəməyə verildi – 258 milyardlıq...
79683
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.