Mundialı qəbul edəcək 16 şəhər AÇIQLANDI - DÇ-2026 

Mundialı qəbul edəcək 16 şəhər AÇIQLANDI - DÇ-2026 

Hazırda oxunan: Mundialı qəbul edəcək 16 şəhər AÇIQLANDI - DÇ-2026 

79631

DÇ-2026-nın keçiriləcəyi şəhərlər bəlli olub. 

Bizim.Media xəbər verir ki, FİFA mundialı qəbul edəcək 16 şəhəri açıqlayıb. 

Bu turnir üç ölkədə - ABŞ, Meksika və Kanadada təşkil olunacaq. Çempionata ev sahibliyi edəcək şəhərlərdən 11-i ABŞ-dadır. Bunlar Atlanta, Boston, Dallas, Hyuston, Kanzas-Siti, Los-Anceles, Mayami, Nyu-York, Filadelfiya, San-Fransisko və Sietldir. 

Kanadadakı görüşlər Vankuverlə Torontoda baş tutacaq. Mexiko, Monterrey və Qvadalaxara isə Meksikanın mundialı qəbul edəcək şəhərləridir. 

Qeyd edək ki, DÇ-2026 tarixə 48 komandanın iştirakı ilə keçiriləcək ilk mundial kimi düşəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO