32 il əvvəl şəkil çəkdirdiyi kreslonun sahibi oldu – Fotolar

32 il əvvəl şəkil çəkdirdiyi kreslonun sahibi oldu – Fotolar

Hazırda oxunan: 32 il əvvəl şəkil çəkdirdiyi kreslonun sahibi oldu – Fotolar

79605
Türkiyədə 1987-ci ildə 23 aprel Milli Suverenlik və Uşaq Bayramında bələdiyyə kreslosunda oturan Cəlal Alper İbaş 32 il sonra bələdiyyə sədri seçilib.

42 yaşlı İbaş Cümhuriyyət Xalq Partiyasından (CHP) namizədliyini irəli sürüb və qələbə qazanıb.


Nevşehirin Avanos ərazisində vəzifəsinin icrasına başlayan İbaşı valideynləri ziyarət edib. Ayşə və Əli İbaş oğullarına 10 yaşında bələdiyyə sədrinin kreslosunda oturub çəkdirdiyi fotonu hədiyyə edib.


Cəlal Alper bələdiyyə rəhbərliyini əvvəlki sədr Əli Rza Karataşdan təhvil alıb. O, açıqlamasında Avanosda yarımçıq qalmış layihələri davam etdirəcəyini, inkişaf üçün çalışacağını və hər kəsə bərabər münasibət göstəriləcəyini bildirib.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO