Makron, Şolz və Draqi İrpendə - VİDEO

Makron, Şolz və Draqi İrpendə - VİDEO

Hazırda oxunan: Makron, Şolz və Draqi İrpendə - VİDEO

79521

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və İtaliyanın baş naziri Mario Draqi Ukraynaya gəlib.

Bizim.Media “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə “Ukrzaliznitsa” idarə heyətinin rəhbəri Aleksandr Kamışin Telegram-da məlumat yayıb.

"Bu gün mənim üçün artıq qatarda üçüncü gecə idi. Amma təkcə mən bu gecəni qatarda keçirmədim", - Kamışin Fransa, Almaniya və İtaliya başçılarının şəklini əlavə edərək yazıb.

Avropa liderlərinin gəlişini “Ukrzaliznitsa”nın mətbuat xidməti şərh edib.

"Almaniya kansleri Olaf Şolz, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Mario Draqi diplomatik qatarımızdan sizə xeyir diləyirlər", - şirkət Telegram-da bildirib.

Xəbər verdiyimiz kimi, Ukraynanın Almaniyadakı səfiri Andriy Melnik Almaniya kansleri Olaf Şolzun Kiyevə gözlənilən səfərindən Ukraynaya silah tədarükü və Kiyevə Aİ-yə daxil olmaq perspektivi ilə bağlı vədlərin yerinə yetirilməsini gözləyir.
Bundan əvvəl media Şolzun Kiyevə bu ay Almaniyanın sədrlik etdiyi G7 sammitindən əvvəl səfər planlarından yazmışdı. Mənbələr bildiriblər ki, səfər zamanı Şolzu Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Mario Draqi müşayiət edəcək.

Səfərin tarixi 15 və ya 16 iyuna təyin edilib.

Son anda əldə edilən informasiyaya görə, liderlər artıq İrpen şəhərindədirlər. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bizim.Media
 


 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO