3 ölkə lideri Ukraynada - Zelenski ilə GÖRÜŞƏCƏKLƏR

3 ölkə lideri Ukraynada - Zelenski ilə GÖRÜŞƏCƏKLƏR

Hazırda oxunan: 3 ölkə lideri Ukraynada - Zelenski ilə GÖRÜŞƏCƏKLƏR

79468

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və İtaliyanın baş naziri Mario Draqi Ukraynaya gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı RaiNews24 nəşri yayıb.

Məlumata görə, Makron, Şolz və Draqi Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırırlar.

Siyasətçilərin Kiyevə Varşavadan gəldiyi iddia edilir. Ukrayna və Fransa hökumət dairələrindəki mənbələrə istinadən onların Kiyevə səfər etməyi planlaşdırdıqları barədə daha əvvəl Almaniyanın “Bild am Sonntag” qəzeti məlumat yayıb.

Təhlükəsizlik səbəbi ilə bu səfərlə bağlı rəsmi məlumat verilməyib.

Makron bu yaxınlarda Ukraynanın iki qonşusuna, Rumıniya və Moldovaya səfər edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO