Merkel: “Önümüzdəki həftələr Almaniya üçün çətin olacaq”

Merkel: “Önümüzdəki həftələr Almaniya üçün çətin olacaq”

Hazırda oxunan: Merkel: “Önümüzdəki həftələr Almaniya üçün çətin olacaq”

7938

Almaniya üçün qışın növbəti həftələri koronavirus infeksiyasının yayılması baxımından ən çətin olacaq. 

Bizim.Media xəbər verir ki, bu sözləri kansler Angela Merkel hökumətin saytında yayımlanan ənənəvi şənbə video müraciətində söyləyib.

“Bu, bizim və bir çox Avropa ölkəsinin yaşadığı pandemiyanın ikinci təhlükəli dalğasıdır”.

“RİA Novosti”  agentliyi Merkelin sözlərindən sitat gətirib.

Kansler qeyd edib ki, bir çox xəstəxanadakı həkimlər və tibb işçiləri imkanlarından artıq çalışırlar.

Merkel Milad və Yeni il tətilində yoluxmanın nəticələrini hesablamağın hələ mümkün olmadığını bildirib.

Bundan əvvəl Almaniyanın Xüsusi Tapşırıqlar üzrə naziri Helge Braun deyib ki, bəzi federal torpaqlar qüvvədə olan müəyyən məhdudiyyətlərə yanvar ayının sonuna qədər əməl etməsə, kilidləmə rejimi uzadılacaq.

Belə ki, Braun iki regionun - Aşağı Saksoniya və Baden-Vürtemberqin yanvar ayının ortalarında ibtidai məktəblərin qismən açılacağı haqda xəbərlərindən narahatlığını dilə gətirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO