Ukrayna prezidenti Volodimir Zelenski Amerika Yəhudi Komitəsinin Qlobal Forumunun iştirakçılarına müraciət edib.
O, Rusiyanın bütün ukraynalılara və ümumilikdə bəşəriyyətə nifrətini aradan qaldırmaq üçün Ukraynaya silah və Rusiyaya qarşı sanksiyalarla kömək etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Ukrainska Pravda” nəşrində yer alıb.
Zelenski açıq şəkildə bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibədə hərəkətverici qüvvəsi nifrətdir.
O, qeyd edib ki, iyunun 12-də müharibə zamanı həlak olan uşaqların sayı 24 nəfər artaraq 287-yə çatıb:
“Son ölümlər işğal altındakı Mariupolda təsdiqlənib. Onların arasında bu il doğulan və birlikdə dünyasını dəyişən körpələr Maksim və Darya da var. Rusiya təyyarəsinin bomba atdığı evin dağıntıları altında onlar valideynləri ilə birlikdə ölüblər.
Mənə deyin, bütün bunlar niyə 1940-cı illər deyil, 2022-ci ildə baş verir? Rus hərbçilərinin işğal olunmuş ərazilərdə qurduqları, nasistlərin həbs düşərgələrini xatırladan kütləvi qətllər, işgəncələr, yandırılmış şəhərlər, filtrasiya düşərgələri necə reallığa çevrilə bilərdi!
Rusiya ümid edir ki, bu pisliyə, yaşayış binalarına, xəstəxanalara, kilsələrə edilən bütün vəhşi hücumlara görə məsuliyyət daşımayacaq. Rusiya hələ də Ukrayna xalqına qarşı müharibəni davam etdirmək, dünyanın reaksiyasına məhəl qoymamaq qədər güclüdür.
Bilirəm ki, siz dövlətimizə çox ciddi kömək edirsiniz, lakin mən xahiş edirəm ki, rusların insanlığa nifrətini dayandırmaq üçün səylərinizi ikiqat artırasınız. Nifrət hərəkətverici qüvvədir, bunun sayəsində Rusiyanın Ukraynaya və azadlığa qarşı müharibəsi davam edir. Ukraynanın mədəniyyətinə və tarixinə nifrət”, - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Rusiya hətta Moskva Patriarxlığının kilsələrini yandırır, Ukraynada yunan icmasının binalarını dağıdır, işğal olunmuş Krımda Krım tatarlarını repressiyalara məruz qoyur, yəhudi xalqının xatirə abidələrini məhv edir.
“Gəlin, bu müharibəni bitirək. Rusiya ordusu tərəfindən öldürülən uşaqların xatirinə, milyonlarla uşağın gələcəyi naminə rus nifrətini məğlub edək”, - deyə Zelenski bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:40 / 13.06.2022
Zelenski Amerika Yəhudi Komitəsinə səsləndi: “BİZƏ SİLAH VERİN”
Hazırda oxunan: Zelenski Amerika Yəhudi Komitəsinə səsləndi: “BİZƏ SİLAH VERİN”
Hazırda oxunan: Zelenski Amerika Yəhudi Komitəsinə səsləndi: “BİZƏ SİLAH VERİN”
79047
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.