Türkiyənin bölgədə PKK terrorçulara qarşı yeni hərbi əməliyyatlara başlamağa hazırlaşdığı bir vaxtda ABŞ Suriyanın şimalına qoşun yeridib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bölgədə çalışan xarici jurnalistlər dünən ABŞ hərbi karvanlarının Türkiyə ilə həmsərhəd olan Hasake bölgəsinə daxil olması barədə informasiya yayıblar.
Mənbə yazır ki, Amerika əsgərləri, hətta Türkiyə ilə sərhəddən cəmi 3 kilometr aralıda, Kamışlı şəhəri ətrafındakı kəndlərdən birində kürd yaraqlıları ilə növbə çəkirlər.
Haseke bölgəsinin bir hissəsi Suriya rejiminin nəzarəti altındadır. Rusiyanın hərbi hava bazası isə Kamışlıda yerləşir. Bu yaxınlarda ora daha çox qoşun, döyüş təyyarələri və helikopterlər göndərilib.
Xatırladaq ki, ABŞ qoşunları 2019-cu ildə Suriyanın şimalından çıxarılıb. Lakin bu il mayın ortalarında onlar Suriya Demokratik Qüvvələrinin nəzarətində olan ərazilərdəki bazalarına qayıdıblar. ABŞ Türkiyənin Suriyada yeni hərbi əməliyyatına qarşı çıxır.
Eyni zamanda Suriya ordusu kürdlərin nəzarətində olan ərazilərdə əlavə qüvvələr cəmləşdirir. Suriya ordusunun onlarla tankı və minlərlə əsgəri ötən gün Mənbiçə daxil olaraq Türkiyə ordusunun mövqelərindən təxminən 10 kilometr aralıda yerləşib.
Türkiyənin Tel-Rifat və Mənbic bölgələrini PKK terrorçularından təmizləmək məqsədi daşıyan hərbi əməliyyat üçün bütün hazırlıqları tamamlanıb.
Hərbi əməliyyatda 25 min türk əsgəri, yüzlərlə tank və digər zirehli texnika, həmçinin Ankaranın dəstəklədiyi Suriya müxalifət qüvvələrinin minlərlə əsgəri iştirak edəcək.
Artıq Türkiyə ordusunun bölmələri və Suriya Milli Ordusunun qüvvələrinin hansı istiqamətlərdən hücuma keçəcəyi və ilk növbədə hansı əraziləri ələ keçirəcəyi müəyyənləşib.
Bundan əvvəl Türkiyə və Rusiya razılığa gəlib ki, kürdlərə Mənbic və Tel Rifatı tərk etmələri üçün 72 saat vaxt verilsin. Ancaq həmin vaxt artıq başa çatıb, kürdlər isə öz yerlərindən tərpənməyiblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:47 / 13.06.2022
ABŞ hərbçiləri Türkiyənin Suriya ilə sərhədində peyda oldu – Ankara müharibəyə başlayacaqmı?
Hazırda oxunan: ABŞ hərbçiləri Türkiyənin Suriya ilə sərhədində peyda oldu – Ankara müharibəyə başlayacaqmı?
Hazırda oxunan: ABŞ hərbçiləri Türkiyənin Suriya ilə sərhədində peyda oldu – Ankara müharibəyə başlayacaqmı?
79012
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.