Zelenskinin PROQNOZU: “İyunda Rusiyanın itkiləri 40 min əsgəri keçə bilər

Zelenskinin PROQNOZU: “İyunda Rusiyanın itkiləri 40 min əsgəri keçə bilər"

Hazırda oxunan: Zelenskinin PROQNOZU: “İyunda Rusiyanın itkiləri 40 min əsgəri keçə bilər"

78940

İyun ayında Ukraynaya qarşı müharibədə Rusiyanın itkiləri 40 min əsgəri keçə bilər.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində deyib.

Onun sözlərinə görə, Rusiya döyüşlərdə təcrübəsiz çağırışçılardan istifadə etməyi planlaşdırır.

"Rusiya ordusu Donbasa ehtiyat qüvvələr göndərməyə çalışır. Bəs onların indi hansı ehtiyatları ola bilər? Görünür, zəif təlim keçmiş çağırışçıları və gizli səfərbərlik zamanı toplananları döyüşə atmağa çalışacaqlar", - Ukrayna lideri bildirib.

Zelenskinin fikrincə, bu cür zərər Rusiya üçün görünməmiş olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO