Almaniya kansleri Kiyevə gəlir

Almaniya kansleri Kiyevə gəlir

Hazırda oxunan: Almaniya kansleri Kiyevə gəlir

78870

Almaniya kansleri Olaf Şolz Almaniyanın iyunun sonunda ev sahibliyi edəcəyi G7 sammitindən əvvəl Ukraynaya səfər etməyi planlaşdırır.

Bizim.Media “Ukrinform”a istinadən xəbər verir ki, söhbət, həmçinin Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Mario Draqi ilə birgə səfərin mümkünlüyündən gedir.

MÖVZU İLƏ BAĞLI:

Makron, Şolts və Draqi Kiyevə gedəcək - BİLD nəşri
 


Paris və Berlin hökumətlərinin bir müddətdir ki, Kiyevə birgə səfərlə bağlı danışıqlar apardığı iddia edilir. İtaliya hökumətinin başçısını alyansda üçüncü tərəf kimi qəbul etmək Fransanın ideyası olub.

“Şolz, Makron və Draqi səfərləri ilə Avropa birliyinə işarə etmək istəyirlər”, açıqlamada deyilir. Almaniya hökumətinin nümayəndəsi bu məlumatı təsdiqləməkdən imtina edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO