Rus futbolçu lezbiyan olduğunu ETİRAF ETDİ - FOTO  

Hazırda oxunan: Rus futbolçu lezbiyan olduğunu ETİRAF ETDİ - FOTO  

78525

27 yaşlı Nadejda Karpova “BBC” nəşrinə müsahibəsində rusiyalı futbolçular arasında ilk lezbiyan olduğunu, qeyri-ənənəvi cinsi oriyentasiyasını etiraf edib.   

Bizim.Media xəbər verir ki, Rusiya millisinin hücumçusu 2017-ci ildən İspaniyada yaşayır və yerli klublarda çıxış edir.  

2020-ci ildə o, "Barselona"nın "Espanyol" komandası ilə müqavilə imzalayıb.  

“Burada məşqçi məndən asanlıqla soruşa bilər: sevgiliniz oyuna gələcəkmi? Rusiyada isə adətən soruşurdular: sevgilin varmı? - deyə, Karpova firkini çatdırıb.   

2016-cı ildə əfsanəvi futbolçu Lionel Messi Nadyanı "10 ən yaxşı gənc idmançı" şəxsi reytinqinə daxil edib.   

Eyni zamanda, Karpova təkcə idman dairələrində deyil, moda dünyasında da tanınır.   

2017-ci ildə 22 yaşlı rusiyalı qadın “Numéro” və “Harper's Bazaar” dərgisinin üz qabığına çəkilib. Bundan əlavə, Nadejda “Adidas” və “Chanel” ilə əməkdaşlıq edib.   

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO