Moldovanın Rumıniyaya birləşdirilməsi xəbərinə Kremldən REAKSİYA

Moldovanın Rumıniyaya birləşdirilməsi xəbərinə Kremldən REAKSİYA

Hazırda oxunan: Moldovanın Rumıniyaya birləşdirilməsi xəbərinə Kremldən REAKSİYA

78298

“Kremldə Rumıniyanın Moldova ilə bağlı planları barədə ətraflı məlumat yoxdur”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.

"Mən deməzdim ki, bizim bu məsələ ilə bağlı hər hansı təfərrüatlı məlumatımız var. Digər tərəfdən yaxşı bilirik ki, Moldovada müəyyən qüvvələr var ki, onlar birləşmənin deyil, tamamilə Rumıniya tərəfindən ələ keçirilməsinin tərəfdarıdırlar.

Həqiqətən belə qüvvələr var, bu haqda bilirik”. Peskov Moldovanın keçmiş prezidenti İqor Dodonun Moldovanın Rumıniyaya birləşdirilməsi ilə bağlı planını şərh edib.
O, Moldovanın Rumıniyaya birləşəcəyi təqdirdə Dnestryanıdakı rus sülhməramlıları üçün təhlükə yaranıb-yaramayacağı sualına belə cavab verib:

“Hələ də heç bir birləşmə yoxdur, ona görə də bu sual kifayət qədər ritorikdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO