İranın Ali Dini Rəhbəri, ayətullah Seyid Əli Xamenei ABŞ və Böyük Britaniya istehsalı olan koronavirus peyvəndlərinin ölkəyə gətirilməsini qadağan edib.
Bizim.Media xəbər verir ki, bunu İranın Ali Rəhbəri televiziyada çıxışı zamanı söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın qonşuluğunda koronavirusun yeni ştammı tapıldı
“Əgər amerikalılar peyvənd hazırlamağı bacarsaydılar, özlərinin durumu hazırkı vəziyyətdə olmazdı. Onlara etimad və inam yoxdur”,- deyə Xamenei vurğulayıb.
O, bildirib ki, Tehran koronavirusa qarşı özünün ilk peyvəndini yazda əldə edəcək. Yaz aylarına qədər daha iki və ya üç vaksinin hazırlanması planlaşdırılır.
Xamenei İranda koronavirus peyvəndinin istehsalını qürurverici hadisə adlandırıb və bu işdə rolu olan bütün şəxslərə təşəkkür edib.
Bizim.Media