Türkiyənin daha bir UĞURU: Pilotsuz hərbi kater suya buraxıldı - VİDEO

Türkiyənin daha bir UĞURU: Pilotsuz hərbi kater suya buraxıldı - VİDEO

Hazırda oxunan: Türkiyənin daha bir UĞURU: Pilotsuz hərbi kater suya buraxıldı - VİDEO

78196

Türkiyədə ölkənin su sərhədlərinin mühafizəsi sisteminin mühüm hissəsinə çevrilmək üçün nəzərdə tutulan yerli istehsali olan "SANCAR" adlı silahlı pilotsuz kateri suya buraxılıb.

Bizim.Media xəbər verir ki, Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsi bildirib ki, pilotsuz katerin hazırlanması layihəsi Türkiyə Hərbi Dəniz Qüvvələrinin ehtiyacları üçün "Yonca-Onuk" müdafiə tərsanəsi və "Havelsan" şirkətinin mütəxəssisləri tərəfindən birgə həyata keçirilib.

Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir Tuzla bölgəsində "SANCAR" katerinin suya buraxılması mərasimində iştirak edib.

İ.Dəmir hərbi katerin xüsusiyyətlərinə diqqət yetirərək, pilotsuz uçuş aparatlarının hazırlanması təcrübəsinin digər sahələrdə, o cümlədən pilotsuz katerlərin hazırlanmasında da tətbiq edildiyini qeyd edib.
İdarədən verilən məlumata əsasən, 12,7 metrlik "SANCAR" adlı pilotsuz kateri saatda 40 dəniz mili sürətə malikdir.

"SANCAR "12,7 mm STAMP-2 stabilləşdirilmiş pulemyot sistemi, UMTAS/L-UMTAS qanadlı raketləri ilə təchiz edilib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO