ABŞ-ın 246 illik tarixində senata seçilən ilk müsəlman senator kimdir? - FOTO

ABŞ-ın 246 illik tarixində senata seçilən ilk müsəlman senator kimdir? - FOTO

Hazırda oxunan: ABŞ-ın 246 illik tarixində senata seçilən ilk müsəlman senator kimdir? - FOTO

77933

Məşhur həkim, teleaparıcı, həmçinin müsəlman olan doktor Mehmet Öz cümə günü Respublikaçılar Partiyasından ABŞ Senatına ilkin seçkilərdə qalib gəlib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın sabiq Prezidenti Donald Trampın dəstəklədiyi müsəlman doktor, rəqibi “Bridgewater Associated” fondunun baş direktoru vəzifəsini tutan biznesmen Devid MakKormikə qalib gəlib. 

Mehmet Öz hələ keçən il noyabrın 30-da ABŞ Senatına öz namizədliyini irəli sürüb. Mehmet Özün bu niyyəti ABŞ ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

Çünki o, əvvəllər Nyu-Cersi ştatının Kliffsayd-Park şəhərində yaşayıb və ömrünün çox hissəsini orada keçirib. 2020-ci il oktyabr ayından isə Pensilvaniyada namizəd kimi qeydiyyata alınıb.
“Bizim hədəfimiz Pensilvaniya və Amerika üçün işıqlı gələcəkdir. İlkin seçkilər başa çatandan sonra biz çalışacağıq ki, ABŞ Senatındakı bu yer Con Fetterman başda olmaqla solçu radikalların əlinə keçməsin”, - deyə Mehmet Öz ilkin seçkilərdə qələbəsindən sonra verdiyi bəyanatda qeyd edib.

Məlumat üçün bildirək ki, əslən türk, müsəlman olan amerikalı Mehmet Öz “Doktor Özün şousu” adlı populyar televiziya verilişinin aparıcısıdır. O, 1960-cı ildə Ohayo ştatında türkiyəli immiqrantlar ailəsində anadan olub.

Harvard Universitetini bitirərək, Pensilvaniya Universitetində doktorluq dərəcəsi alıb. 2001-ci ildən Kolumbiya Universitetinin cərrahiyyə şöbəsinə rəhbərlik edib və Nyu-York Presviterian hospitalında dərs deyib. 2001-ci ildən mütəmadi olaraq televiziyada, radioda verlişlər aparır.
Həmçinin “SƏN: tətbiq üzrə təlimat”, “SƏN: pəhrizdə”, “SƏN: gənc qalırsan” adlı kitabların müəllifidir.

Bu seçim ABŞ dövlətinin 246 illik tarixində bir ilk kimi də tarixə düşəcək.

Səkinə, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO