Qazaxıstanda referendum: Səsvermə başa çatdı

Qazaxıstanda referendum: Səsvermə başa çatdı

Hazırda oxunan: Qazaxıstanda referendum: Səsvermə başa çatdı

77812

Nur-Sultan vaxtı ilə saat 21:00-da ölkənin bütün bölgələrindəki referendum üzrə seçki məntəqələrində səsvermə başa çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Kazinform nəşrində yer alıb.

MÖVZU İLƏ BAĞLI:

Qazaxıstanda referendumda seçici fəallığı 65,04 faizdir - RƏSMİ


Mənbə yazır ki, əvvəllər respublikanın 12 regionunda 8089, o cümlədən 10 xarici ölkənin 12 məntəqəsində işlər yekunlaşıb. 

Saat 21:00-da Aktobe, Atırau, Qərbi Qazaxıstan, Manqistau və Kızılorda vilayətlərindəki 1858 seçki məntəqəsində səsvermə başa çatıb. Həmçinin xaricdə 5 məntəqənin işi dayandırılıb.

Komissiya üzvləri səsləri hesablamağa başlayıblar. Hazırda xaricdə yalnız 48 seçki məntəqəsində səsvermə keçirilir.

Xəbər verildiyi kimi, saat 20:00-a olan məlumata görə, 7 milyon 936 min 655 nəfər səs verib. Bu, səsvermə siyahılarına daxil edilmiş vətəndaşların 67,65 faizini təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO