Kiyevi tutmaq Rusiya ordusunun əsas məqsədi olaraq qalır, ona görə də daim təhdid altındadır.
Bizim.Media “Ukrainskaya Pravda”ya istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Müdafiə nazirinin müavini Anna Malyar səsləndirib.
"Biz həmişə açıq şəkildə demişik ki, Kiyev daim təhdid altındadır. Düzdür, insanlar müxtəlif səbəblərə görə geri qayıdırlar. Amma bununla belə, başa düşməliyik ki, müharibə qızğın mərhələdədir və Rusiyanın əsas məqsədi Kiyevdir”, deyə o, qeyd edib.
Xatırladaq ki, bu gün səhər saat 6 radələrində Kiyevin sol sahilində 5 partlayış səsi eşidilib.
Şəhərin meri Vitali Kliçko Darnitsk və Dneprovsk rayonlarındakı infrastruktur obyektlərinə raket zərbələri endirildiyini bildirib.
İlkin məlumatlara görə, Rusiya qoşunları Xəzər dənizindən Tu-95 təyyarələrindən raketlər atıb.
Raketin biri havada məhv edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:35 / 05.06.2022
Ukrayna Müdafiə Nazirliyi: Kiyevi tutmaq Rusiyanın əsas məqsədidir
Hazırda oxunan: Ukrayna Müdafiə Nazirliyi: Kiyevi tutmaq Rusiyanın əsas məqsədidir
Hazırda oxunan: Ukrayna Müdafiə Nazirliyi: Kiyevi tutmaq Rusiyanın əsas məqsədidir
77810
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.