Kolumbiyanın İbaqe şəhərinin ən yüksək məhkəməsi ölkə prezidenti İvan Duke Markesin məhkəmə qərarını yerinə yetirmədiyinə görə 5 sutka ev dustaqlığına buraxılması barədə qərar çıxarıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “El Tiempo” nəşri yayıb.
Məhkəmənin dövlət başçısına qarşı qərarı ölkə hakimiyyətinin Nevados Milli Parkının mühafizəsi planını hazırlayıb həyata keçirməməsi ilə bağlıdır.
Bildirilir ki, prezidentə və digər idarə orqanlarına bir sıra tədbirlərin görülməsi tapşırılıb, lakin prezident onu icra etməyib. Məhkəmə Dukeni cərimə ödəməyə də məcbur edib.
Prezidentin özü İbaqe Ali Məhkəmənin qərarını “qeyri-konstitusion” adlandırıb.
O, rəsmiləri ilə birlikdə "Nevados Parkının qorunmasını təmin etmək üçün çalışdığını" və mövzu ilə bağlı hesabatların olduğunu bildirib.
Kolumbiya prezidenti əlavə edib ki, məhkəmənin bu qərarı qəti deyil:
“Ümid edirik ki, Məhkəmə İntizam Şurası hərəkətə keçəcək və prokurorluq da öz vəzifəsini yerinə yetirəcək”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:04 / 05.06.2022
Bu ölkənin prezidenti 5 gün ev dustağı olacaq - SƏBƏB
Hazırda oxunan: Bu ölkənin prezidenti 5 gün ev dustağı olacaq - SƏBƏB
Hazırda oxunan: Bu ölkənin prezidenti 5 gün ev dustağı olacaq - SƏBƏB
77774
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.