İyunun 5-nə keçən gecə Ukraynanın bir neçə şəhəri atəşə tutulub. Donetsk vilayətində Drujkovkanın atəşə tutulması nəticəsində bir nəfər həlak olub.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu fikirləri Odessa Vilayət Hərbi Administrasiyasının nümayəndəsi Sergey Bratçuk Teleqram kanalında yazıb.
MÖVZU İLƏ BAĞLI:
Kiyevə raket atıldı – GÜCLÜ PARTLAYIŞ oldu
Onun sözlərinə görə, Kramatorskda iki müəssisə zərər görüb. Odessa şəhərində bir neçə partlayış səsi eşidilib.
Ukrayna Baş Qərargahı Xarkov yaxınlığındakı kəndin atəşə tutulması barədə də məlumat yayıb. İddia olunur ki, Rusiya qoşunları qadağan olunmuş fosforlu bombalardan istifadə edib.
Bundan əlavə, iyunun 5-də səhər saatlarında Rusiya artilleriyası Dnepropetrovsk vilayətinin Zelenodolsk yaşayış məskəninə zərbələr endirib, ölənlər barədə hələlik məlumat daxil olmayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:23 / 05.06.2022
Rusiya Ukraynanın bu şəhərlərini atəşə tutdu – ÖLƏNLƏR VAR
Hazırda oxunan: Rusiya Ukraynanın bu şəhərlərini atəşə tutdu – ÖLƏNLƏR VAR
Hazırda oxunan: Rusiya Ukraynanın bu şəhərlərini atəşə tutdu – ÖLƏNLƏR VAR
77756
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.