Bayden Tramp tərəfdarlarını qiyamçı və terrorçu adlandırdı

Bayden Tramp tərəfdarlarını qiyamçı və terrorçu adlandırdı

Hazırda oxunan: Bayden Tramp tərəfdarlarını qiyamçı və terrorçu adlandırdı

7775

ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Bayden hazırkı ölkə başçısı Donald Trampın Vaşinqtonda iğtişaşlara səbəb olduğunu söyləyib.

Bizim.Media "RİA Novosti"yə istinadən məlumat verir ki, Bayden bu barədə paytaxtda baş vermiş iğtişaşlarla bağlı açıqlamasında deyib.

“Onları etiraz aksiyasının iştirakçıları adlandırmağa çalışmayın. Bu,etiraz aksiyası deyil, xaos idi. Bu, üsyançı kütləsi, qiyamçılar, daxili terrorçulardan ibarət bir izdiham idi. Bu, prezident Trampın demokratiyaya amansız hücumunun nəticəsi idi”,- deyə Bayden vurğulayıb.

Qeyd edək ki, ötən gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın tərəfdarları Konqres binasına hücum ediblər.

Polislə nümayişçilər arasında qarşıdurma nəticəsində 4 nəfər həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO