İstanbulda “Dünyadakı tək davamlı enerji insan yaradıcılığımıdır?” mövzusunda “IDAF-22”-Beynəlxalq Rəqəmsal İncəsənət Festivalı keçirilir.
Bizim.Media xəbər verir ki, festival Türkiyənin ilk süni intellekt kuratoru “Avind”, qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu, “PASHA Bank” ASC-nin Türkiyədəki törəməsi “PASHA Yatırım Bankası A.Ş.” və "Mezo" rəqəmsal incəsənət qrupunun birgə təşkilatçılığı ilə baş tutub.
Festivalda Azərbaycanın ilk süni intellekti “Şuşa” kompozisiyası təqdim edilir. Kompozisiyada Azərbaycanın tarixi mədəniyyət beşiyi olan Şuşanın qədim köklərə malik incəsənət nümunələri - tarixi xalçalar, milli musiqilərimizdən ibarət parçalar süni intellekt vasitəsilə canlandırılır.
“Şuşa” adı verilən süni intellekt zalında Qarabağa xas xalça motivləri incələnərək insan əli dəymədən yenidən toxunaraq izləyicilərə təqdim olunur.
Ümumilikdə, 13 süni intellektin iştirak etdiyi festivalda animasiyalar üzərinə səsli və hərəkətli canlandırma, insan hərəkətlərini rəqəmsal dillə izah edən proqramlaşdırma, modelləşdirmə, incəsənət, foto və videoqrafiya, habelə texnoloji üstünlüklərin idarəedilməsində süni intellektin rolundan bəhs edən stendlər qurulub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:51 / 03.06.2022
Azərbaycanın ilk süni intellekti “Şuşa” kompozisiyası təqdim edildi
Hazırda oxunan: Azərbaycanın ilk süni intellekti “Şuşa” kompozisiyası təqdim edildi
Hazırda oxunan: Azərbaycanın ilk süni intellekti “Şuşa” kompozisiyası təqdim edildi
77548
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.