Rusiyaya qarşı 6-cı sanksiyalar paketi TƏSDİQLƏNDİ

Rusiyaya qarşı 6-cı sanksiyalar paketi TƏSDİQLƏNDİ

Hazırda oxunan: Rusiyaya qarşı 6-cı sanksiyalar paketi TƏSDİQLƏNDİ

77517

Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı 6-cı sanksiyalar paketini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Aİ bəyanat yayıb.

“Aİ ölkələri 6 ay ərzində Rusiyadan neft idxalından, 8 ay ərzində isə neft məhsullarının idxalından imtina edəcək.

Həmçinin Rusiya Federasiyasından dəniz yolu ilə daşınan neft mərhələli şəkildə dayandırılacaq. Boru kəməri ilə Rusiyadan neft idxalına isə müvəqqəti istisna tətbiq olunub” – deyə bəyanatda qeyd olunub.

Bundan başqa, paketə “Sberbank”, “Rosselxozbank” və Moskva Kredit Bankının SWIFT-dən ayrılması və Rusiyanın RTR/RTR Planeta, Rossiya 24, TV Center-Beynəlxalq telekanallarının Avropada yayımının qadağan olunması daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO