İranlı generalın büstünün qoyulmasına etiraz

İranlı generalın büstünün qoyulmasına etiraz

Hazırda oxunan: İranlı generalın büstünün qoyulmasına etiraz

7751

Öldürülən İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymaninin Beyrutda büstünün qoyulması Livan əhalisinin geniş etirazı ilə qarşılanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ruhani: ''Süleymaninin ölümündə onlar məsuliyyət daşıyır''


Məlumata görə, yanvarın 5-də Beyrutun hava limanı yaxınlığında yerləşən Qübeyri məntəqəsində şəhər bələdiyyəsi tərəfindən Qasım Süleymaninin bürüncdən hazırlanmış büstünün təqdimat mərasimi keçirilib.

Bildirilib ki, Qasım Süleymaninin büstünün qoyulması və onun xatirəsinin anılması, onun Livan-İsrail savaşında “Hizbullah”a göstərdiyi yardıma və verdiyi dəstəyə görədir.

Təqdimat mərasimindən sonra livanlılar sosial şəbəkələrdə geniş paylaşım edərək, Beyrutda Qasım Süleymaninin büstünün qoyulmasına etiraz edib, bunu Livan əhalisinə qarşı təhqir adlandırıblar.  

Bir çox livanlı isə Beyrut şəhərində xarici hərbi komandanın büstünün qoyulmasının yolverilməz olduğunu qeyd edib.  

Sosial şəbəkə istifadəçiləri “BeirutFree_İranOut“ (Beyrut azaddır-İran çıx) haştagi ilə paylaşım edib, Süleymaninin büstünün qoyulmasını “Beyrutun işğalı”, “İran İslam Respublikasının Livana qarşı mədəni təcavüzü” adlandıraraq, büstün götürülməsini tələb ediblər. 

Xatırladaq ki, Qasım Süleymani 2020-ci il, yanvarın 2-dən 3-nə keçən gecə Bağdadın hava limanı yaxınlığında Həşdəş-Şəbi qruplaşmasının bir neçə rəhbəri ilə birlikdə Amerikanın hərbi hava qüvvələrinin raket hücumuna məruz qalaraq öldürülüb.  

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO