Rusiya Milli Qvardiyasının Şimali Qafqaz Dairəsinin Operativ Əməliyyat briqadasının komandiri, serjant Adam Bisultanov Donbasda Ukrayna tərəfindən döyüşən xarici muzdlularla qarşıdurmada həlak olub.
Bizim.Media “iz.ru” saytına istinadən xəbər verir ki, bu barədə iyunun 2-də Rusiya Milli Qvardiyasının mətbuat xidməti məlumat yayıb.
Mənbə yazır ki, muzdluların arasında Britaniya parlamentinin deputatının oğlu Ben Qrant da yer alıb.
Bildirilir ki, Milli Qvardiyanın üzvü mayın 26-da döyüş tapşırığını yerinə yetirərkən həmkarlarını xilas edərkən ölüb.
“Mayın 28-də internetdə bu döyüşün videosu çıxıb və “The Daily Telegraph”da da məqalə dərc olunub. GoPro kamerası hücumun və muzdlu dəstənin döyüşçülərindən birinin, britaniyalı deputatın oğlu Ben Qrantın görüntülərini çəkib”, bəyanatda deyilir.
Mayın 29-da Rusiya İstintaq Komitəsi Britaniya parlamentinin deputatının oğlunun Donbasdakı döyüşlərdə rolunun müəyyən ediləcəyini açıqlayıb.
Bundan əvvəl Ben Qrant və bir neçə ingilisdilli muzdlu əsgərin tank əleyhinə qumbaraatanla Rusiyanın zirehli transportyorunu atəşə tutduğunu əks etdirən video yayımlanmışdı. Eyni zamanda, Qrant atəş açmaq əmrini verib və sonra dəstənin üzvləri meşədə yoxa çıxıb.
Aprelin 27-də Rusiya İstintaq Komitəsi Ukrayna silahlı birləşmələrinin tərkibində dünyanın 50-dən çox ölkəsindən muzdluların olduğunu bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:40 / 02.06.2022
Britaniyalı deputatın oğlu Donbasda Rusiyaya qarşı döyüşür? – Rus mətbuatının İDDİASI
Hazırda oxunan: Britaniyalı deputatın oğlu Donbasda Rusiyaya qarşı döyüşür? – Rus mətbuatının İDDİASI
Hazırda oxunan: Britaniyalı deputatın oğlu Donbasda Rusiyaya qarşı döyüşür? – Rus mətbuatının İDDİASI
77385
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.