Pele Putinə səsləndi: “Ukraynaya qarşı əsassız işğala son qoyun” - FOTO

Pele Putinə səsləndi: “Ukraynaya qarşı əsassız işğala son qoyun” - FOTO

Hazırda oxunan: Pele Putinə səsləndi: “Ukraynaya qarşı əsassız işğala son qoyun” - FOTO

77333

Dünya futbolunun əfsanəsi Pele açıq şəkildə Rusiya prezidenti Vladimir Putini Ukraynaya qarşı əsassız işğala son qoymağa çağırıb. 

Bizim.Media xəbər verir ki, futbolçu bu barədə Ukrayna millisinin dünya çempionatının seçmə mərhələsində Şotlandiya ilə oyundan bir neçə dəqiqə əvvəl İnstagram səhifəsində yazıb.

"Mən bugünkü oyundan fürsət kimi istifadə edərək Putindən xahiş etmək istəyirəm: Ukraynaya işğalı dayandırmaq lazımdır. Zorakılığa haqq qazandıra biləcək heç bir arqument yoxdur. Bu münaqişə əsassızdır, ağrı, qorxu, dəhşət və əzabdan başqa bir şey gətirmir". UNIAN Pelenin sözlərindən sitat gətirib.
Xatırladaq ki, Pele və Putin sonuncu dəfə 2017-ci ildə Moskvada Konfederasiyalar Kuboku zamanı görüşmüşdülər. Rusiya lideri futbol kralını sevimli oyunçularından biri adlandırmışdı. 

Pele paylaşımını bu sözlərlə bitirib: “Keçmişdə görüşəndə və təbəssümlə bir-birimizin əlini əl sıxanda heç düşünməzdim ki,  bu gün ayrı düşəcəyik”.

Qeyd edək ki, dünən gecə DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalının təxirə salınmış Şotlandiya - Ukrayna oyunu keçirilib. Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılan matç Ukrayna millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO