Makron kraliça II Yelizavetaya at hədiyyə edəcək

Makron kraliça II Yelizavetaya at hədiyyə edəcək

Hazırda oxunan: Makron kraliça II Yelizavetaya at hədiyyə edəcək

77294

Fransa prezidenti Emmanuel Makron Böyük Britaniya kraliçası II Yelizavetaya hakimiyyətinin 70 illiyi şərəfinə at hədiyyə edəcək.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Yelisey sarayı yayıb.

Qeyd olunur ki, boz at Fransanın Respublika Qvardiyasının sıralarında yer alıb.

“Yeddi yaşlı “Fabule de Mokur” ləqəbli at fiziki forması, zərifliyi və yaxşı zehni sayəsində fransız atçılığının bir modelidir”, - mesajda deyilir.

Kraliça həmçinin yəhər, cilov və süvari qılınc da hədiyyə alacaq.

Makron özü iyunun 2-də Parisdə Böyük Britaniya səfiri Menna Roulinqsin müşayiəti ilə bir sıra tədbirlər keçirəcək.

Daha əvvəl bildirilmişdi ki, Böyük Britaniya sakinləri kraliçanın platin yubileyi şərəfinə 16 minə yaxın şənlik təşkil edəcəklər.

Ölkə daxilində küçə şənliklərinin təşkilatçıları bayraqlar asır və dəvətnamələr göndərirlər. Yerli Hökumət Assosiasiyasının (LGA) məlumatına görə, britaniyalılar yolların bağlanmasını xahiş edirlər və 16 minə yaxın tədbir keçirməyi planlaşdırırlar.
Digər şəhərlərdə yerli sakinlər tərəfindən yubileyi qeyd etmək üçün çoxsaylı şənliklər baş tutacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO