“Ukrayna Rusiya ərazisinə hücum etməyi planlaşdırmır” - Zelenski

“Ukrayna Rusiya ərazisinə hücum etməyi planlaşdırmır” - Zelenski

Hazırda oxunan: “Ukrayna Rusiya ərazisinə hücum etməyi planlaşdırmır” - Zelenski

77130

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna ordusunun Amerika reaktiv yaylım atəşi sistemləri (MLRS) almasına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “kommersant.ru” saytında yer alıb.

Dövlət başçısı təsdiqləyib ki, Ukrayna ordusu bu silahlarla Rusiya ərazisinə hücum etmək fikrində deyil.

“Mən bilirəm ki, ABŞ-da insanlar və ya Ağ Evdə kimsə Rusiyaya hücum etmək üçün onlardan (MLRS) istifadə edə biləcəyimizi deyir. Baxın, biz Rusiyaya hücum etmək fikrində deyilik. Bizi Rusiya Federasiyası maraqlandırmır, onun ərazisində döyüşmürük”. Zelenski Amerikanın “Newsmax” telekanalına müsahibəsində belə deyib.

Prezident qeyd edib ki, Ukrayna öz ərazilərini vermək niyyətində deyil, lakin bununla bağlı məsələləri müzakirə etməyə hazırdır. 

“Biz heç bir ərazimizdən imtina etməyə hazır deyilik, çünki bu, bizim müstəqilliyimiz, suverenliyimizdir. Ancaq bəzi ərazilərdə müəyyən çətinliklər, təfərrüatlar var. Bu çətinliklər müzakirə oluna bilər”, - deyə Zelenski əlavə edib. Onun sözlərinə görə, Ukraynanın gündəlik döyüş itkiləri təqribən 60-100 hərbçinin həlak olması və 500-ə yaxın hərbçinin yaralanmasıdır.

“The Wall Street Journal” nəşri ABŞ-ın Ukraynaya uçuş məsafəsi 64 km-dən çox olan MLRS raketlərini ötürmək planları barədə məlumat yayıb. Mənbə yazır ki, ABŞ-ın əvvəllər Ukraynaya tədarük etdiyi M777 haubitsalarının atış məsafəsi iki dəfə bundan azdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO