Meymunçiçəyinə ən çox hansı ölkələrdə yoluxma qeydə alınıb? - SİYAHI

Meymunçiçəyinə ən çox hansı ölkələrdə yoluxma qeydə alınıb? - SİYAHI

Hazırda oxunan: Meymunçiçəyinə ən çox hansı ölkələrdə yoluxma qeydə alınıb? - SİYAHI

76959

Avropada ilk dəfə İngiltərədə təsbit edilən meymun çiçəyi virusu üç həftə ərzində bütün qitələrə yayılmağa başlayıb.

Bizim.Media xəbər verir ki, İspaniya, Portuqaliya, Almaniya, Belçika, Fransa, Hollandiya, İtalya ve İsveçin ardınca İsveçrə və Avstralyada da meymun çiçəyi virusuna yoluxanlar olub.
 

MÖVZU İLƏ BAĞLI:

Əlillərə pulsuz dərman verən tibb müəssisələrinin SİYAHISI


ABŞ-da müsbət nəticə verən ilk meymun çiçəyi testi mayın 18-də Massaçusetsdə edilib. ABŞ-da virusun ikinci ünvanı isə Nyu-York şəhəridir.

Cənubi Amerika ölkələrində əvvəllər meymun çiçəyi virusu aşkar edilməyib. Həftə sonu virusun İsraildə aşkarlanmasından sonra meymun çiçəyinə ilk dəfə Asiya qitəsində rast gəlinib. Çiçək xəstəliyinə bənzəyən bu virusun iki əsas ştammı olan “Qərbi Afrika” və “Mərkəzi Afrika” ştammları hazırda çox məşhurdur.

Ümumdünya Səhiyyə Təşkilatının sonuncu açıqlamasına görə virusun hər iki forması hazırda insanlar arasında yayılıb.
 

İlk əlamətləri qızdırma, baş ağrısı və əzələ ağrıları olan bu xəstəlik qızdırma azaldıqdan sonra bədənin müxtəlif nahiyələrində və üzdə səpgilər əmələ gətirməyə başlayır. Səpgilər ağrı və qaşınma ilə müşayət olunur.


Virusun yoluxma forması isə xəstə insanla olan təmasdır. ÜST-ün son açıqlamasına görə xəstəliyin aşkarlandığı ölkələrin sayı 11-i , virusa yoluxma ilə bağlı təsdiqini tapmış faktların sayı isə 80-i keçib və hazırda 50 fakt üzrə araşdırma aparılır.

Meymun çiçəyinin ən çox yayıldığı ölkələr bunlardır:

İngiltərə

İspaniya

ABŞ

Portuqaliya

Belçika

Kanada

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO