"Twitter" istifadəçi məlumatlarını satdığı üçün CƏRİMƏLƏNDİ

Hazırda oxunan: "Twitter" istifadəçi məlumatlarını satdığı üçün CƏRİMƏLƏNDİ

76873

ABŞ-da "Twitter" reklamların satışına kömək etmək məqsədi ilə istifadəçilərin məlumatlarını şirkətlərə ötürdüyü üçün cərimələnib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, ABŞ Federal Ticarət Komissiyası (FTC) və Ədliyyə Departamenti "Twitter"in telefon nömrələri və e-poçt ünvanları kimi şəxsi məlumatları reklam şirkətlərinə verməyəcəyinə razılaşdığı halda, bu razılaşmanı pozaraq məlumatları satdığını açıqlayıb.

Qeyd edək ki, FTC ABŞ hökumətinin müstəqil agentliyidir və onun missiyası antiinhisar qanunvericiliyinin tətbiqi və istehlakçıların hüquqlarının müdafiəsini təbliğ etməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO