Parisin Luvr Muzeyində "Mona Liza" kimi tanınan “Cokonda” əsəri əlil arabasında qadın paltarı geyinən bir kişi tərəfindən tortla ləkələnib.
Bizim.Media xəbər verir ki, bu haqda görüntülər “The Economic Times” nəşrinin İnstagram səhifəsində paylaşılıb.
Mənbə yazır ki, xoşbəxtlikdən tort portretə zərər vurmayıb, yalnız Leonardo da Vinçinin məşhur əsərini qoruyan şüşənin üzərinə sürtülüb.
Bizim.Media