Türkiyəli müğənninin konsertində silahlı atışma: Yaralılar var - FOTO/VİDEO

Türkiyəli müğənninin konsertində silahlı atışma: Yaralılar var - FOTO/VİDEO

Hazırda oxunan: Türkiyəli müğənninin konsertində silahlı atışma: Yaralılar var - FOTO/VİDEO

76758

Türkiyənin Sakarya bögəsində keçirilən festivalın bağlanış konsertində silahlı insident baş verib.

Bizim.Media xəbər verir ki, tədbirdə müğənni Cengiz Kurtoğlu ifasını təqdim etmək üçün səhnəyə çıxıb. Bu anda isə üç insan arasında mübahisə başlayıb.

Mübahisə əlbəyaxa davaya keçib. Gözlənilmədən gecədə silah səsləri eşidilib. Bir nəfər silahla vurulub, eyni zamanda 3 yaşlı uşaq yaralanıb.

Əraziyə gələn təcili yardım maşınları yaralılara ilkin tibbi köməklik göstərib. Daha sonra isə onları xəstəxanaya aparılıblar.

Polislər davada atəş açılan silahı tapıb və iki nəfər nəzarətə alınaraq, ərazidəki bölməyə aparılıb.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO