Vaşinqtonda fövqəladə vəziyyət rejimi Baydenin andiçmə mərasiminə qədər uzadıldı

Vaşinqtonda fövqəladə vəziyyət rejimi Baydenin andiçmə mərasiminə qədər uzadıldı

Hazırda oxunan: Vaşinqtonda fövqəladə vəziyyət rejimi Baydenin andiçmə mərasiminə qədər uzadıldı

7651

Vaşinqtonda Donald Trampa dəstək nümayişləri səbəbiylə tətbiq edilən fövqəladə vəziyyət Co Baydenin andiçmə mərasiminə qədər uzadılıb.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ paytaxtının meri Müriel Mouzer məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Vaşinqtonda etirazlar artır- Komendant saatı elan edildi - VİDEO


Merin sözlərinə görə, bir çox vətəndaş dağıtmaq məqsədi ilə Vaşinqtona gələrək etirazçılara qatılıb.

Onun fikrincə, hazırkı prezident Donald Tramp etirazları ritorikası ilə alovlandırır və seçkilərin qanunsuz olduğunu elan edir.

Xatırladaq ki, Co Baydenin andiçmə mərasimi 20 yanvar tarixində olacaq.

NEWS.ru-nun verdiyi məlumata görə, 6 yanvar tarixində Vaşinqton şəhərinin meri Müriel Mouzer nümayişlər səbəbiylə yerli vaxtla saat 18:00-dan etibarən komendant saatı elan edib. Bu vaxtdan sonra şəhər polisi qaydanı pozanları həbs etməyə başlayıb.

6 yanvarda ABŞ Konqresi demokrat Co Baydenin qalib olduğunu elan edərək prezident seçkilərinin nəticələrini təsdiqləməli idi, lakin bu, baş verməyib. Donald Trampın tərəfdarları Kapitolinin qarşısına toplaşaraq görüşün keçirildiyi konqres binasına soxulub.

Konqres üzvləri dərhal evakuasiya edilib, pilləkənlərdə gözyaşardıcı qazdan və səsboğucu bombalardan istifadə edən polislə etirazçılar arasında qarşıdurmalar başlayıb. Bir neçə nəfər tutulub, bəziləri yaralanıb və konqres binasında atışma olub.

Tezliklə Kapitoli polis və xüsusi təyinatlı qüvvələr tərəfindən etirazçılardan təmizlənib. Təhlükəsizlik qüvvələri etirazçıları konqres binasından çıxarıblar, sonra isə Tramp tərəfdarlarını yaxınlıqdakı parkdan bibər qazı ilə dağıdıblar.

Bundan sonra parlamentin hər iki palatasının üzvləri konqres binasına qayıdıb, prezident seçkilərinin nəticələrinin təsdiqlənməsi ilə bağlı mübahisələrə davam ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO