ABŞ-da baş verənlər - VIDEO İCMAL

ABŞ-da baş verənlər - VIDEO İCMAL

Hazırda oxunan: ABŞ-da baş verənlər - VIDEO İCMAL

7645

Xatırladaq ki, ABŞ-ın paytaxtı Vaşinqtonda etirazçılar dünən gecə Kapitoli ətrafındakı hasarlar vasitəsilə binalardan birinə daxil olublar.

Bir qrup nümayişçinin polis barrikadasını aşaraq Konqres binasına girməsi nəticəsində polisin gözyaşardıcı qazla müdaxiləsinin görüntüləri sosial mediada əks olunub.

Polis əməkdaşları ilə etirazçılar arasında baş verən toqquşmalar zamanı bir neçə nəfər xəsarət alıb. Konqresin binası polis əməkdaşları tərəfindən əhatəyə alınıb. ABŞ Senatı Konqres qarşısındakı etirazlara görə, iclasını yarımçıq dayandırıb.

Senator Lenkford bildirib ki, etirazçılar Kapitoli binasına soxulublar və Senatın zalını əhatəyə alıblar.

 

MÖVZU İLƏ BAĞLI:

Konqresdə atışma zamanı bir qadın öldü - VİDEO

Vaşinqtonda etirazlar artır- Komendant saatı elan edildi - VİDEO


Vaşinqton şəhər hakimiyyəti şəhərin mərkəzində etiraz və iğtişaşlar fonunda komendant saatı tətbiq edib. Bu barədə ABŞ paytaxtının meri Müriel Mouzer bildirib.

O, qeyd edib ki, komendant saatı Kolumbiya dairəsində yanvarın 6-sı saat 18:00-dan yanvarın 7-si saat 06:00-dək tətbiq olunacaq.

ABŞ-da Konqres binası qarşısında keçirilən etiraz aksiyası zamanı atışma baş verib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “Tvitter” hesabında etrirazçılardan sakitləşməyi xahiş edib: “Hər kəsdən xahiş edirəm ki, sülhə riayət edək. Zorakılığı dayandıraq!”.

Daha sonra məlum olub ki, Kapitoli binasında güllə yarası alan qadın ölüb.

Vaşinqtonun meri Muriel Bauzer və Kolumbia dairəsi polisinin rəhbəri Robert Konti xəsarət alan qadının öldüyünü təsdiqləyiblər.

Səhərə yaxın ABŞ-ın hazırkı prezidenti Donald Trampın “Facebook”dakı tərəfdarlarına müraciətinin videoyazısı sosial şəbəkə rəhbərliyi tərəfindən silinib.

Bənzər addımlar Twitter rəhbərliyi tərəfindən də verilib və Trampın video mesajının yenidən yayımlanmasına, eyni zamanda ona cavab verilməsinə və bəyənilməsinə məhdudiyyət qoyulub.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO